Aİ-də elektrik istehsalının 45,5 faizi bərpa olunan enerji mənbələrinin payına düşüb

DÜNYA

image

2026-cı ilin birinci rübündə Avropa İttifaqında (Aİ) istehsal olunan elektrik enerjisinin 45,5 %-i bərpa olunan enerji mənbələri hesabına təmin edilib.

Renewables.az Eurostat-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % artıb.

Hesabat dövründə bərpa olunan enerji istehsalının 44,9 %-i külək elektrik stansiyalarının payına düşüb. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2025-ci ilin ilk rübündə 42,3% olub.

Bərpa olunan enerji istehsalında ikinci ən böyük pay 28 %-lə hidroenerjiyə məxsus olub. Günəş enerjisinin payı 17,3 %, bərpa olunan yanacaq növlərinin payı 9,4 %, geotermal və digər bərpa olunan enerji mənbələrinin payı isə 0,4 % təşkil edib.

Aİ ölkələri arasında elektrik istehsalında bərpa olunan enerji mənbələrinin ən yüksək payı Danimarkada qeydə alınıb. Bu ölkədə istehsal olunan elektrik enerjisinin 90 %-i əsasən külək enerjisindən əldə edilib. Portuqaliya 82,9 %-lə (əsasən hidroenerji), Litva isə 75,7 %-lə (əsasən külək enerjisi) növbəti pillələrdə qərarlaşıb.

Ən aşağı göstəricilər isə Çexiyada (12,7 %), Maltada (13,0 %) və Slovakiyada (17,2 %) qeydə alınıb.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR