Afrikanın ilmenit mədənində külək və günəş enerjisindən istifadə ediləcək

20 sentyabr 2021, 12:01 (UTC+4)
DÜNYA GÜNƏŞ KÜLƏK
EDITOR
image
“Rio Tinto” şirkətinin Afrikanın Madaqaskar ölkəsində yerləşən ilmenit mədənində illik elektrik ehtiyacının 60 %-i külək və günəş enerjisindən qarşılanacaq. “Berpaolunanenerji.az” şirkətin saytına istinadən xəbər verir ki, bu barədə, “CrossBoundary Energy” (CBE) ilə satın alma anlaşması imzalanıb. 20 illik imzalanan anlaşma çərçivəsində CBE, 8 MVt gücündə günəş elektrik stansiyası, 8,25 MVt gücündə enerji saxlama sisteminə bağlı 12 MVt gücündə külək hibrid elektrik stansiyası inşa edəcək. Günəş elektrik stansiyasının 2022-ci ilin əvvəlləri, külək-hibrid sisteminin isə 2022-ci ilin sonları istehsala başlayacağı bildirilir.

OXŞAR XƏBƏRLƏR