Almaniyada qatarlar Norveçin hidroelektrik enerjisi ilə çalışacaq

18 sentyabr 2021, 21:08 (UTC+4)
DÜNYA HİDRO
EDITOR
image
Almaniyanın dəmiryolu şirkəti “Deutsche Bahn” (DB), “Statkraft” şirkətinin Norveçdəki hidroelektrik stansiyasından elektrik satın alacaq. Bu barədə “Berpaolunanenerji.az” DB-nin rəsmi saytına istinadən xəbər verir. Anlaşma çərçivəsində DB, 2023-cü ildən etibarən, 10 il ərzində Norveç şirkəti “Statkraft”ın həmin ölkədəki hidroelektrik stansiyasından ildə təxminən 190 milyon kVt-saat enerji satın alacaq. Bunun da hər il 146 min tona qədər karbon emissiyasının qarşısını alacağı bildirilir. Elektrik enerjisi Nordlink Şimal Dənizi xətti vasitəsilə Norveçdən Almaniyaya çatdırılacaq. DB-nin icraçı direktoru Riçard Luts açıqlamasında, şirkətin 2040-cı ilə qədər sıfır karbon hədəfinin olduğunu bildirib. Qeyd edək ki, dəmiryolu şirkəti elektrik ehtiyacının 61 %-ni bərpaolunan enerji mənbələrindən qarşılayır.

OXŞAR XƏBƏRLƏR