Dünyanın ikinci böyük Su Elektrik Stansiyası olan "Bayhetan" iyul ayında elektrik enerjisi istehsalına başlayacaq.
"Berpaolunanenerji.az" xarici mənbəyə istinadən xəbər verir ki, Çinin 16,000 MVt qoyuluş gücünə malik "Bayhetan" SES-nin əsas gövdəsinin inşası başa çatıb.
Stansiyanın ilk hissəsinin iyul ayında istehsala başlayacağı, 2022-ci ildə isə tam gücü ilə çalışacağı qeyd edilir.
Bayhetan SES-i gücünə ölkənin Hubey əyalətindəki "Üç Dərə" (Three Gorges Dam) SES-dən sonra dünyanın ikinci böyük stansiyasıdır.
Stansiya ildə 62 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək, 51,6 milyon ton karbon emissiyasının qarşısını alacaq.