15 iyun Dünya Külək Günüdür

image

Dünya Külək Günü "Avropa Külək Enerjisi Assosiasiyası" ("WindEurope") və "Qlobal Külək Enerjisi Birliyi" ("Global Wind Energy Council") tərəfindən təşkil edilib.

Renewables.az xatırladır ki, bu gün, külək enerjisinin gücü, onun ətraf mühitə və iqtisadiyyata faydaları, dünyanı dəyişdirmək üçün imkanları haqqında insanları məlumatlandırmaq üçün keçirilir. 

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatına görə, 2022-ci ildə dünyada bu enerji üzrə 75 qiqavat (9 % artım) yeni güc istifadəyə verilib və bununla, külək enerjisinin qoyuluş gücü 899 qiqavat təşkil edib. Ötən günlərdə "Qlobal Külək Enerjisi Birliyi" qlobal külək enerjisinin qoyuluş gücünün 1 teravatı keçdiyi haqda məlumat yayıb.

Azərbaycanda külək enerjisinin qoyuluş gücü 66.1 meqavatdır. Qoyuluş gücünə görə, Yeni Yaşma Külək Elektrik Parkı ən böyüyüdür - gücü 50 meqavatdır. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası  inşa ediləcək.

Eyni zamanda, xarici şirkətlərlə quruda və dənizdə külək enerjisi layihələrinin icrası ilə bağlı müqavilələr imzalanıb. 

Qeyd edək ki, Azərbaycanda quruda külək enerjisinin potensialı 3 qiqavat, dənizdə külək enerjisinin texniki potensialı isə 157 qiqavat təşkil edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *