Türkiyə qarşıdakı on ildə günəş və külək enerjisi gücünü dörd dəfə artıracaq

image

Türkiyə ötən 10 illik dövr ərzində bərpa olunan enerji gücünü iki dəfə artırıb. Qarşıdakı 10 il ərzində isə həm günəş, həm də külək enerjisi gücünü dörd dəfə artırmağı planlaşdırır.

Renewables.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum açıqlayıb.

M.Kurum ötən il emissiya miqdarlarında emissiya nisbətinin 72 faizinin enerji sektorundan, təxminən 13 faizinin isə sənaye sektorundan qaynaqlandığını bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *