BƏƏ dünyanın ilk fasiləsiz bərpa olunan enerji istehsalı obyektini işə salır

image

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dünyada ilk dəfə olaraq fasiləsiz bərpa olunan enerji istehsal edəcək. Bu 5 giqavatlıq günəş enerjisi gücü və 19 giqavat-saat batareya enerji saxlanc sistemi vasitəsilə 1 giqavatlıq təmiz enerji istehsalı nəticəsində mümkün olacaq.

Renewables.az "The National" nəşrinə istinadən xəbər verir ki, bunu BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir Əbu-Dabi Dayanıqlılıq Həftəsində (ADSW) bildirib.

O qeyd edib ki, layihə Əmirliyin Su və Elektrik Şirkəti (EWEC) ilə Masdar (Abu Dhabi Future Energy Company) şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilir: "Bu, bərpa oluna bilən enerji mənbələrinin qlobal energetika sistemindəki rolunu yeni tərzdə müəyyənləşdirən vacib bir dönüş nöqtəsidir. Mən insanları fasiləsiz olaraq bərpa oluna bilən enerji ilə təchiz edən bərpa oluna bilən enerji istehsalı üzrə dünyanın ilk müəssisəsinin işə salındığını sevinc hissi ilə elan edirəm”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *