"Günəş Enerji Sistemləri İnstitutu"nun (ISE) məlumatına görə, 2022-ci ildə Almaniyada enerjisi istehsalında bərpa olunan mənbələrin payı 49,6 faiz ilə ümumi elektrik istehsalının təxminən yarısını təşkil edib.
"Renewables.az" "PVTech"ə istinadən xəbər verir ki, bərpa olunan enerji mənbələrində günəş enerjisinin payı 19 faiz təşkil edib.
SolarPower Europe-un məlumatlarına görə ötən il günəş enerjisinin qoyuluş gücü 7,9 QVt-a çatıb və günəş enerjisi istehsalı 58 teravat-saat (58 milyard kilovat-saat) təşkil edib.
Ümumilikdə, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı təxminən 244 TVt-saat (244 milyard kilovat-saat) olub.
Rəylər (0):