“ABŞ Azərbaycanın bərpa olunan enerji layihələrini inkişaf etdirmək səylərini alqışlayır”.
"Renewables.az" xəbər verir ki, bunu “Report”a eksklüziv müsahibəsində ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavinin müşaviri Laura Loxman deyib.
“Hesab edirəm ki, hökumət, eləcə də yerli şirkətlər bərpa olunan enerjiyə sərmayə qoymaq istiqaməti tutub. Bu baxımdan, uzaqgörənlik və strateji baxış heyranlıq doğurur. ABŞ şirkətləri bu resurslardan istifadəni reallaşdırmaq üçün çox inkişaf etmiş texnologiyalara və strategiyalara malikdir ki, Qafqazın və Xəzər regionunun inkişaf etdirilməsində onlardan istifadə oluna bilər”, - o, ABŞ şirkətlərinin Azərbaycanda bərpa olunan enerji layihələrində iştirak imkanlarını şərh edərkən bildirib.
Rəylər (0):