Azərbaycanda elektrik enerjisi ilə bağlı bəzi dövlət rüsumları müəyyənləşib

image

Azərbaycanda elektrik enerjisi ilə bağlı bəzi dövlət rüsumlar müəyyənləşib.

Renewables.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu” haqqında qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən,

  • Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi - 150 manat.

  • Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi - 150 manat.

  • Elektrik enerjisinin paylanmasına icazənin verilməsi - 150 manat.

  • Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *