ABŞ nümayəndələri ilə bərpa olunan enerjinin inkişafına dair məlumat mübadiləsi aparılıb

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev ABŞ-nin Men ştatının senatının üzvü Cil Dyuson, Nümayəndələr Palatasının üzvləri və digər nümayəndələrlə görüşüb. 

Renewables.az bu barədə BOEMDA-ya istinadən xəbər verir.

BOEMDA-nın direktoru Cavid Abdullayev Azərbaycanda bərpa olunan enerji və qlobal iqlim hədəfləri istiqamətlərində görülən tədbirlərdən danışıb. Bildirilib ki, xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində yaradılacaq yaşıl enerji gücləri qlobal enerji keçidi və iqlim hədəflərinə töhfə verəcək. Qeyd olunub ki, 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə keçirilən hərraca maraq olduqca böyükdür. Həmçinin, ABŞ şirkətləri də bu hərracda iştiraka dəvət edilib.

Görüşdə bərpa olunan enerji mənbələrindən istifadənin inkişafına dair məlumat mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *