Naxçıvanda alternativ və bərpaolunan enerji istehsalının həcmi açıqlanıb

image

Ötən il Naxçıvan Muxtar Respublikasında alternativ və bərpaolunan enerji mənbələrində istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Renewables.az-ın məlumatına görə, Naxçıvan Dövlət Energetika Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hesabat dövrü ərzində alternativ və bərpaolunan enerji mənbələrində 235.909,206 kVt/saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb.

"Bu, stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 48,7 %-ni təşkil edir",- deyə məlumatda qeyd olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *