Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.
Renewables.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndiyi və ölkələrimizin xüsusilə enerji sahəsində bir çox mühüm layihələr həyata keçirdiyi vurğulanıb.
Enerji sahəsində işbirliyinin təkcə iki ölkənin iqtisadiyyatına deyil, regiona, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd edilib. Ölkəmizdə yaşıl enerji sahəsində həyata keçirilən layihələr diqqətə çatdırılıb. Bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, yaşıl investisiyaların artırılması və işbirliyi potensialının reallaşdırılması barədə müzakirələr aparılıb.
Rəylər (0):