Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev ABŞ-nin Azərbaycandakı səfirliyinin ikinci katibi Kortni Brasieyer ilə görüşüb.
Renewables.az AREA-ya istinadən xəbər verir ki, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı istiqamətində təşkil olunmuş görüşdə AREA-nın direktoru Cavid Abdullayev bərpa olunan enerji sahəsində Azərbaycanda aparılan islahatlar, görülmüş çoxşaxəli işlər, bununla bağlı ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti barədə qonağa ətraflı məlumat verib.
Görüş zamanı AREA-nın direktor müavini Aygün Zeynalova bərpa olunan enerjinin ixracı məqsədilə atılmış addımlar, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” çərçivəsində görülmüş işlərə dair mövcud vəziyyət və gələcək inkişaf planlarını diqqətə çatdırıb.
Görüşdə ABŞ ilə gələcək əməkdaşlığın perspektivləri və birgə reallaşdırılması mümkün olan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Rəylər (0):