“ACWA Power”in işğaldan azad edilmiş ərazilərdə fəaliyyət imkanları nəzərdən keçirilib

image

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət imkanları nəzərdən keçirilib.

"Renewables.az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

“Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin sədri Mohammed Abunayyan ilə ölkəmizdə "yaşıl" enerji konsepsiyası əsasında inkişaf, şirkət tərəfindən Azərbaycanda həyata keçirilən və nəzərdə tutulan layihələr barədə müzakirələr apardıq. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət imkanlarını nəzərdən keçirdik”, - deyə nazir bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *