Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə görüş keçirilib.
"Berpaolunanenerji.az" AERA-ya istinadən xəbər verir ki, görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kamola Mahmudova və hər iki qurumun digər nümayəndələri iştirak ediblər.
Görüşü giriş nitqi ilə açan Agentliyin İdarə Heyətinin sədri Samir Axundov AYİB ilə qarşılıqlı əməkdaşlıqdan məmnunuluğunu ifadə edərək AERA-nın fəaliyyəti, eləcə də Azərbaycanda enerji tənzimləmə sahəsində həyata keçirilən tədbirlər ilə bağlı görüş iştirakçılarını məlumatlandırıb.
Azərbaycan və AYİB əlaqələrinin əhəmiyyətliyini vurğulayan AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kamola Mahmudova isə enerji sahəsində gələcək əməkdaşlıq perspektivlərindən danışıb.
Rəylər (0):