Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Türkiyə və Qafqazda enerji məsələləri üzrə regional rəhbəri David Manaqadzeni qəbul edib.
Renewables.az AERA-nın yaydığı məlumata istinadən xəbər verir ki, görüş zamanı qurumlararası səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib və fəaliyyət istiqamətlərinə yönəlik həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Rəylər (0):