Avropa İttifaqı (Aİ) ölkələrinin sakinləri 2050-ci ilə qədər elektrik enerjisinə ABŞ və Çindən daha çox pul ödəyəcəklər.
Renewables.az-ın “Bloomberg“ə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Sahibkarlar Konfederasiyasının (“BusinessEurope”) araşdırmasında bildirilir.
Təşkilat öz proqnozunu onunla əlaqələndirir ki, Avropa bloku yaşıllaşdırma hədəflərinə nail olsa belə, 2050-ci ilə qədər Aİ-nin elektrik enerjisi istehsalı xərcləri ABŞ və Çininkindən ən azı 50% yüksək olacaq.
“BusinessEurope” rəhbəri Markus Bayrerin sözlərinə görə, bu dinamika Avropa şirkətlərini alternativ rəqiblərlə müqayisədə əlverişsiz vəziyyətə salır, ona görə də Aİ səviyyəsində təcili tədbirlərə ehtiyac var.
Rəylər (0):