Bərpaolunan enerji layihələrinə sərmayə qoyuluşu bizim üçün həlledicidir və son illərdə bu, Albaniyanı yaşıl keçid və enerji sektorunda innovasiyalar baxımından təbii məkana çevirib.
Renewables.az xəbər verir ki, bunu Albaniyanın Baş naziri Edi Rama martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında bildirib.
Baş nazir deyib: "Biz bərpaolunan enerji layihələrinə sərmayə qoymağı və dayanıqlı enerji infrastrukturu yaratmağı hədəfləyirik. Hazırda Albaniya tam şəkildə bərpaolunan enerjidən faydalanan ölkədir. Lakin bizə enerji mənbələrinin şaxələndirilməsi lazımdır və biz bu istiqamətdə çalışırıq. Bizim üçün şaxələndirilmə əsasən hidroelektrik enerjisi deməkdir".
Rəylər (0):