Almaniya iqlim hədəflərini artırır

image

Almaniya hökuməti "İqlim Qoruma Aktı"na dəyişikliklər edərək, 2030 və sonrakı illər üçün istixana qazı emissiyasını azaltmaq hədəflərini yüksəldəcəyini açıqladı.

Bu barədə "Berpaolunanenerji.az" Almaniya Federal Ətraf Mühit Agentliyinə istinadən xəbər verir.

Ölkənin ətraf mühit naziri Svenya Şulçe ilə baş nazir kğməkçisi və maliyyə naziri Olaf Şolç tərəfindən keçirilən toplantıda edilən açıqlamaya görə, aktda 2030-cu il istixana emissiyası azaltma hədəfi 55 %-dən 65 %-ə artırılacaq. 2050-ci ildə sıfır karbon olma hədəfi isə 2045-ci ilə, 5 il geriyə çəkiləcək. Bundan başqa akta, 2040-ci ildə bu nəticəyə 88 % çatmaq hədəfi əlavə olunacaq.

Almaniya Kansleri Angela Merkel onlayn keçirilən toplantıda etdiyi açıqlamada hökümətinin 2045-ci ildə sıfır karbona çatmaq hədəfi üçün mümkün olan hər şeyin ediləcəyini açıqladı.

Almaniya Federal Ətraf Mühit Agentliyi (UBA) tərəfindən verilən datalara görə, ölkənin istixana qazı emissiyası 2020-ci ildə, 2019-cu ilə nisbətən 8,7 % azalaraq 739 milyon ton karbon-dioksidə bərabər olub. Qeyd edək ki, bu göstərici 1990-cı ilə nisbətən 40,8 % daha azdır.


 

 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *