Almaniya küçələrinə “günəş” avtobusu buraxılıb

image

Almaniyanın Münhen şəhərinin küçələrində “günəş” avtobusu fəaliyyətə başlayıb.

"Berpaolunanenerji.az" xarici saytlara istinadla xəbər verir ki, bu tip nəqliyyat vasitələrinin istehsalı ilə bağlı yaradılmış sistemi sınaqdan keçirmək üçün sərnişindaşıma ilə məşğul olan “MVG” şirkəti Münhenin şəhər marşrutlarına “günəş” avtobusu göndərib.

Şirkət nümayəndələri avtobusun gələcəyinə böyük ümid bəsləyirlər. Onların fikrincə, yaratdıqları texnologiya təkcə şəhər nəqliyyatı ilə bağlı vəziyyətə deyil, həm də bütün nəqliyyat sisteminə müsbət təsir göstərə bilər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *