Almaniya şirkətləri ilə yaşıl enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

image

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsın rəhbərlik etdiyi şirkət təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanın enerji keçidi gündəliyində duran məsələlər, ölkədə həyata keçirilən və planlaşdırılan yaşıl enerji layihələri, həmçinin yaşıl hidrogen də daxil olmaqla bərpa olunan enerjinin ixracı planları haqqında məlumat verilib.

Günəş və külək enerjisi layihələri, bioenerji, yaşıl hidrogen, enerji səmərəliliyi, yaşıl texnologiyaların istehsalı kimi sahələrdə Alman şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *