Almaniyada günəş və külək enerjisinin qoyuluş gücü artıb

image

Almaniya cari ilin ilk rübündə günəş və külək mənbələri üzrə ümumilikdə 1.876 MVt yeni güc quraşdırıb.

"Berpaolunanenerji.az" xəbər verir ki, ölkənin Federal Şəbəkə Agentliyinin (Bundesnetzagentur) datalarına görə, Almaniyada 2021-ci ilin ilk 3 ayında 550 MVt külək enerjisi (quruda), 1.326 MVt isə günəş enerjisi gücü əlavə olunub.

Təkcə mart ayı ərzində külək enerjisinin (quruda) qoyuluş gücündə 188 MVt, günəş enerjisində isə 549 MVt artım qeydə alınıb.

Qeyd edək ki, Almaniyanın quruda külək enerjisinin qoyuluş gücü toplam 55.200 MVt, günəş enerjisinin ümumi qoyuluş gücü isə 55.300 MVt, dəniz külək enerjisinin gücü isə 7.800 MVt təşkil edir.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *