Aqrovoltaiklər: dünya əkinçiliyinin gələcəyi

image

Yerə quraşdırılan günəş panelləri böyük bir ərazini tutur. Ərazidən istifadəni necə optimallaşdırmaq və ondan maksimum yararlanmaq olar? Bu sualın cavabını aqrovoltaiklər verir - kənd təsərrüfatında günəş enerjisi istehsalını və eyni ərazidə əkinçiliyi birləşdirən yeni istiqamət.

Ekspertlərin fikrincə, bu üsul təkcə əraziyə qənaət etməyə deyil, həm də məhsuldarlığı 1,6 dəfəyə qədər artırmağa imkan verir.

Əkin sahələrinin üstündə quraşdırılmış fotovoltaik panellərinin bir çox üstünlükləri var:

  • suvarma sistemlərinin enerji təchizatı;

  • əkin sahələrinə gələn günəş radiasiyasının səviyyəsinin məhdudlaşdırılması;

  • ilk növbədə məhsulun 70 %-ə qədər böyüməsinə təsir edən optimal kölgələmə sisteminin formalaşması və s.

Aqrovoltaiklərin imkanları dünya mütəxəssisləri tərəfindən öyrənilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *