AREA ilə Azərbaycan Texnologiya Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) ilə Azərbaycan Texnologiya Universiteti (ATU) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Renewables.az AREA-ya istinadən xəbər verir ki, direktor Cavid Abdullayev və ATU-nun rektoru v.m.i.e. Yaşar Ömərov tərəfindən imzalanmış memorandum tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaratmaq və inkişaf etdirmək məqsədilə imzalanıb.

Bu məqsədlə keçirilən görüşdə hər iki qurum arasında əməkdaşlığın perspektivləri və birgə görülə biləcək işlər müzakirə edilib.

Sənəddə bərpa olunan enerji mənbələri və onunla əlaqədar sahələr üzrə təlimlərin keçirilməsi, birgə konfrans və elmi seminarların təşkili, inkişaf yönümlü müxtəlif proqram və layihələrin həyata keçirilməsində əməkdaşlığın təşviq olunması, elmi-nəzəri və praktiki tədqiqatların aparılması, tədris-metodiki vəsaitlərin hazırlanması, Agentlik mütəxəssislərinin təlim-tədris proseslərinə töhfə verməsi və s. kimi məsələlər öz əksini tapır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *