Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyasının tikinti layihəsi ilə bağlı görüş keçirilib

image

Neftçala rayonu İcra Hakimiyyətində Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkətinin nümayəndə heyəti ilə növbəti görüş keçirilib.

Renewables.az bu barədə Neftçala rayonu İcra Hakimiyyətinə istinadən xəbər verir.

Neftçala rayonu İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun rəhbərliyi və “Masdar” şirkətinin biznesin idarə olunması departamentinin meneceri Amr Usamanın, proqramın meneceri Fernando Villianuevanın, nümayəndə heyətinin və podratçı təşkilatların nümayəndələrinin iştirakı ilə Neftçala rayonunun inzibati ərazisində bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 973 hektar ərazidə inşa ediləcək 315 MVt gücündə günəş elektrik stansiyasının tikinti layihəsi ilə bağlı işgüzar görüş keçirilib.

Görüş zamanı günəş elektrik stansiyasının tikintisi layihəsi çərçivəsində onları maraqlandıran fikirlər səsləndirmiş, tikinti işlərinə cəlb olunacaq işçilərin sosial statusu, işsizliyin aradan qaldırılması, tikinti işləri zamanı mövcud infrastrukturdan istifadə amilləri ətraflı öyrənilmiş, sual doğuran fikirlərə aydınlıq gətirilmiş, fikir mübadiləsi aparılmışdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *