ASK və "ACWA Power" yaşıl enerjinin inkişafı ilə bağlı müzakirələr aparıb

image

“Azərbaycan Sənaye Korporasiyası” ASC və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin rəhbər heyəti arasında görüş keçirilib.

"Renewables.az" ASK-yə istinadən xəbər verir ki, görüşdə bərpaolunan enerji resurslarından istifadə yolları, yaşıl enerjinin inkişafı və genişlənməsi ilə bağlı müzakirələr aparılıb.

Bundan əlavə istehsal sahələrində tələb olunan elektrik enerjisinin bərpaolunan resurslar hesabına qarşılanması mümkünlüyünün araşdırılması məsələsi də müzakirə mövzusu olub.

Müasir dünyada ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçidin faydalarından danışan Korporasiyanın Baş direktoru Kamran Nəbizadə bərpa olunan enerjidən istifadənin genişləndirilməsinin enerji keçidində vacib məqamlardan olduğunu qeyd edib. Korporasiyanın rəsmisi onu da əlavə edib ki, respublikamızın təbii-coğrafi mövqeyi təbii enerji yaratma  potensi­alı baxımından zəngindir və bu amil ölkəmizdə ekoloji cəhətdən təmiz bərpaolunan enerji mənbələrindən düz­gün və səmərəli istifadə edilməsinə geniş imkanlar yaradır.  

Görüşün sonunda birgə əməkdaşlığın növbəti mərhələsində qeyd olunan məsələlər üzrə müəyyən təhlillər və müvafiq hesablamaları aparmaq qərara alınıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *