Builki görüşlərdə “yaşıl” enerjinin inkişafına və təmiz enerjiyə keçidə daha çox diqqət yetiriləcəyini gözləyirəm. Bu, bizim son memorandumda qeyd olunduğu kimi, qarşılıqlı maraq doğuran mühüm sahədir.
"Renewables.az"ın məlumatına görə, bu fikri Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson “Report”a müsahibəsində bildirib.
Avrokomissar qeyd edib ki, Aİ Azərbaycana “yaşıl” keçiddə, o cümlədən İqtisadi İnvestisiya Planı vasitəsilə dəstəyi davam etdirməyə hazırdır.
Rəylər (0):