Azərbaycanda enerji keçidinin təmin edilməsi məsələsində “Azərbaycan-Avropa İttifaqı Yaşıl Dəhlizi” layihəsinin rolu əhəmiyyətlidir.
Renewables.az “Report”a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru Kristina Lobillo Borrero Bakı Enerji Forumunda deyib.
Qeyd edək ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün yaradılmasını nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıb. Əldə edilən razılaşma çərçivəsində 1 000 meqavat gücündə və 1 195 kilometr uzunluğunda "Black Sea Energy" dənizaltı elektrik kabelinin çəkilməsi gözlənilir. Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq üçün Macarıstana və Avropanın qalan hissəsinə nəql olunacaq. Bu, 4 qiqavata qədər yaşıl enerjinin verilməsinə imkan verəcək.
Rəylər (0):