Avstraliyada dünyanın ən böyük GES-i tikilir, elektrik enerjisi Sinqapura ixrac ediləcək

image

Avstraliyanın şimalındakı 12 400 hektar ərazidə 19 milyard ABŞ dolları dəyərində dünyanın ən böyük günəş elektrik stansiyası (GES) tikilir.

Renewables.az-ın "Renewable Energy World" portalına istinadən xəbərinə görə, tikintini yerli "Sun Cable" şirkəti icra edir. Layihə çərçivəsində 17-20 giqavat GES və 36-42 giqavat-saat batareya enerji saxlanc sisteminin (BESS) yaradılması gözlənilir.

Avstraliya şirkəti nəhəng günəş fermasını və BESS-i inşa etdikdən sonra istehsal ediləcək elektrik enerjisini ölkənin Darvin şəhərinə, ordan da 800 kilometrlik hava xətləri və 4 300 kilometr uzunluğunda sualtı elektrik kabelləri şəbəkəsi vasitəsilə İndozeniyadan keçməklə Sinqapura ixrac etməyi planlaşdırır.

Australia-Asia PowerLink (AAPowerLink) layihəsi vasitəsilə hər il 6 giqavata qədər yaşıl enerjinin ixracı gözlənilir ki, bunun da Avstraliyanın bərpa olunan enerji sektorunu və iqtisadiyyatını inkişaf etdirəcəyi bildirilir.

Layihənin yaradıcısı "Sun Cable" şirkəti açıqlayıb ki, bununla Avstraliyanın Darvin şəhəri və Sinqapur dayanıqlı enerji ilə təchiz ediləcək. "AAPowerLink" layihəsinin 22,54 milyard ABŞ dolları investisiya cəlb edəcəyi təxmin edilir. Avstraliyadan Sinqapura elektrik təchizatının 2030-cu ildə başlayacağı açıqlanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *