Azərbaycan 2027-ci ilədək BOEM layihələrinə 2,8 milyard ABŞ dolları investisiya cəlb edəcək

image

Azərbaycan 2027-ci ilədək təxminən 2,8 milyard ABŞ dolları həcmində xarici və yerli investisiya hesabına 2 QVt civarında sənaye miqyaslı 8 günəş külək elektrik stansiyasının inşası ilə bağlı layihələrin icrasını planlaşdırır.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

"Bu elektrik stansiyalarının inşası və şəbəkəyə qoşulması ilə bağlı planların icrası göstərir ki, Azərbaycan “yaşıl enerji” cığırı ilə sürətlə irəliləyir və bu, artıq geriyə dönməz prosesdir", - nazir qeyd edib.

P. Şahbazov hesab edir ki, Azərbaycanda növbəti 3 ildə istismara veriləcək külək və günəş elektrik stansiyalarında 5,3 milyard kVt-saat elektrik enerjisinin istehsalı nəticəsində 1,2 milyard kubmetr təbii qazın sərbəstləşməsi və emissiyaların 2,5 milyon tona qədər azalması gözlənilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *