Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Şuşada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ilə "yaşıl enerji” və turizm üzrə potensial investisiya layihələrini müzakirə edib.
Renewables.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Ölkələrimizin iqtisadi əməkdaşlığının uğurla davam etdiyini məmnunluqla vurğuladıq. “Yaşıl enerji” və turizm üzrə potensial investisiya layihələri, Azərbaycan-BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin imzalanması istiqamətində həyata keçirilən danışıqlar barədə müzakirələr apardıq”, - o qeyd edib.
Rəylər (0):