Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Əlcəzairin energetika və mədən naziri Məhəmməd Arkab arasında videokonfrans vasitəsilə görüş keçirilib.
Renewables.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş əsnasında tərəflər iki ölkənin şirkətləri arasında, xüsusilə karbohidrogen sektorunda investisiya imkanlarını nəzərdən keçiriblər.
Tərəflər, həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə edib və əlaqələrin yüksək səviyyəsindən məmnun olduqlarını bildiriblər. Bu kontekstdə hər iki tərəf 2022-ci ilin noyabrında Azərbaycanın nazirinin işgüzar səfəri zamanı Əlcəzairdə imzalanmış Anlaşma Memorandumuna uyğun müzakirə edilən məsələlər üzrə razılığa gəliblər.
Müzakirə zamanı karbohidrogen ehtiyatları və bütövlükdə neft-qaz sənayesində, eləcə də bərpa olunan enerji, enerji səmərəliliyi və texnoloji sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüş barədə nazir Pərviz Şahbazov tviter hesabında paylaşım edib. Nazir paylaşımında bildirib ki, energetikanın müxtəlif istiqamətləri üzrə əlaqələri gücləndirmək üçün potensial böyükdür.
Adipisicing fugiat excepteur beatae voluptas
Labore iste esse atque quam est dolor sit adipisicing eos modi ea in natus a consequatur Quibusdam in