Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırır.
Renewables.az-ın əldə etdiyi məlumata görə, bu barədə Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında bildirilib.
Energetika Nazirliyinin məlumatına görə, üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin layihəsinin razılaşdırıldığı, layihənin ilkin texniki-iqtisadi əsaslandırması üçün Texniki Tapşırığın təsdiq edildiyi, texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın “CESI” şirkətinin seçildiyi və tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə Birgə Müəssisənin yaradılması barədə razılıq əldə edildiyi bildirilib.
Rəylər (0):