Azərbaycan və Çin arasında bərpa olunan enerji üzrə birgə fəaliyyət müzakirə edilib.
Renewables.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında yazıb.
"Azərbaycanda yaşıl enerji keçidinin sürətləndirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndiririk. "China Energy International Group Co., Ltd." şirkətinin prezidenti Çiao Subin ilə ölkəmizin bərpa olunan enerji mənbələri sahəsində zəngin resurslarının şirkətin təqdim etdiyi innovativ həllərlə inteqrasiyası, enerji saxlama texnologiyalarının mənimsənilməsi, həyata keçirilən layihələr və birgə fəaliyyətin perspektivləri barədə müzakirələr apardıq."- nazir qeyd edib.
Rəylər (0):