Azərbaycan və IEA “yaşıl enerji” keçidinə investisiyaların cəlb edilməsi yollarını müzakirə edib

image

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolla “yaşıl enerji” keçidinə investisiyaların cəlb edilməsi yollarını müzakirə edib.

Renewables.az xəbər verir ki, bu barədə COP29 sədrliyi məlumat yayıb.

Görüş İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.

Məlumatda bildirilir ki, tərəflər enerji keçidinin mühüm mərhələlərini, o cümlədən Bakıda keçirilmiş COP29-da əldə edilən razılaşmaların həyata keçirilməsini, həmçinin təmiz enerjiyə keçid üçün əlavə investisiyaların cəlb edilməsi yollarını müzakirə ediblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *