Muxtar Babayev Adel əl-Cubeyrlə COP29-un nəticələrini və “yaşıl enerji”yə investisiyaları müzakirə edib

image

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Davosda Dünya İqtisadi Forumunun kuluarlarında Səudiyyə Ərəbistanının xarici işlər naziri və iqlim məsələləri üzrə elçisi Adel ibn Əhməd əl-Cubeyrlə görüşüb.

Renewables.az xəbər verir ki, bu barədə COP29 sədrliyi məlumat yayıb.

Söhbət zamanı tərəflər Bakıda keçirilmiş COP29-un nəticələrini və hər iki ölkənin bərpa olunan enerjiyə investisiyaların artırılması planlarını müzakirə ediblər.

Qeyd edək ki, M.Babayev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Forum bu il yanvarın 20-dən 24-dək davam edəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *