Azərbaycan və Macarıstan enerji əməkdaşlığını müzakirə edib

image

Azərbaycan və Macarıstanın arasında ikitərəfli və regional səviyyəli enerji əməkdaşlığına dair müzakirələr aparılıb.

Renewables.az xəbər verir ki, bunu Rumıniyanın paytaxtı Buxarestdə səfərdə olan energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Energetika Nazirliyinin bununla bağlı yaydığı məlumatda bildirilib ki, görüşdə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazirlərin 8-ci görüşünün nəticələrinə, Birgə Müəssisənin fəaliyyətinə, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin həyata keçirilməsi istiqamətində digər zəruri məsələlərə dair fikir mübadiləsi aparılıb.

Regional səviyyəli yaşıl enerji layihəsinin Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələrini, eləcə də Avropada enerji təhlükəsizliyini möhkəmləndirən və enerji əməkdaşlığını genişləndirən rolundan bəhs edilib. Söhbət zamanı COP29 tədbirinin Fəaliyyət Gündəliyinin enerji istiqamətindən də bəhs edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *