Azərbaycan və Qazaxıstanın Energetika nazirlikləri arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş layihəsi hazırlanacaq

image

Qazaxıstana səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov bu ölkənin energetika naziri Almasadam Satkaliyev ilə görüşüb.

Renewables.az Azərbaycanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin inkişafında enerji sahəsində əməkdaşlığın xüsusi rolu qeyd edilib.

Enerji əlaqələrinin karbohidrogen sektoru ilə yanaşı, bərpa olunan enerji üzrə genişləndirilməsinin Hökumətlərarası Komissiyanın fəaliyyətində prioritet istiqamətlərdən olduğu bildirilib.

Bundan başqa, Azərbaycan və Qazaxıstanın Energetika nazirlikləri arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş layihəsinin hazırlanması ilə bağlı məsələlər barədə də fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *