2031-2037-ci illərdə “yaşıl enerji”, hidrogen, “yaşıl ammonyak”ın istehsalı və ixracı məqsədilə təxminən 19 QVt həcmində güclərin də yaradılmasını beynəlxalq enerji şirkətləri ilə planlaşdırırıq.
Renewables.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP 28) çərçivəsində Dubay şəhərində Energetika Nazirliyinin təşkilatçılığı və enerji şirkətlərinin iştirakı ilə “Azərbaycanda bərpa olunan enerji investisiyaları üçün imkanlar” mövzusunda tədbirdə çıxışı zamanı energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir qeyd edib ki, 2030-cu ilədək dövrdə “yaşıl artım” ölkəsinə çevrilmək və təmiz ətraf mühitə nail olmaq sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilib. Belə bir siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bərpa olunan enerjinin xarici investisiya hesabına inkişafını, azad edilmiş ərazilərin boz zonadan “yaşıl enerji” zonasına, Xəzərin “yaşıl enerji”nin istehsal və ixracının mərkəzinə çevrilməsini prioritetləşdirən dövlət siyasəti “yaşıl sərmayə” axınını da təşviq edir.
Rəylər (0):