Azərbaycanda bərpa olunan enerji istiqamətində kadrların hazırlanması üçün yeni ixtisaslar yaradılır

image

Bu il biz alternativ, "yaşıl" enerji sahəsində 2 yeni ixtisas yaratdıq. Ölkəmizdə COP29 tədbiri keçiriləcək, "yaşıl" iqtisadiyyatla bağlı konkret prioritetlər müəyyənləşdirilib və biz bu il həm günəş panellərinin texniki təmiri, həm də alternativ enerji sistemləri üzrə mütəxəssis hazırlığı üzrə ixtisaslar üzərində işləyirik.

Renewables.az-ın məlumatına görə, bunu Trend-ə özəl müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

"Bu ixtisaslar bizə imkan verəcək ki, Azərbaycanda hazırda yeni formalaşan, amma gələcəkdə daha böyük planlarımız olan bərpa olunan enerjinin külək və günəş istiqamətində texniki kadrlar hazırlayaq və bu sahəni gücləndirək. Ümid edirik ki, buradakı tədrislə nəzəri, texniki, praktiki bilikləri gənclərimizə aşılaya bilərik ki, onlar daha yaxşı mütəxəssis olsunlar", - Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *