Azərbaycanda elektrik enerjisi istehsalında yaşıl enerjinin payı ilk dəfə 14 faizə yüksəlib

image

Bu ilin yanvar-may aylarında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 11 mlrd. 231,4 mln. kVt-saat, ixracı 426,8 mln. kVt-saat, idxalı 80,9 mln. kVt-saat olub.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bu ilin 5 ayı ərzində İstilik Elektrik Stansiyaları üzrə 9 mlrd. 685,6 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 714,4 mln. kVt-saat artımla 1 mlrd. 545,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Beləliklə bu dövrdə elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 %-ə yüksəlib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *