Azərbaycanda cari ilin yanvar-iyun aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında elektrik enerjisi birinci olub.
Renewables.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla bildirir ki, altı ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (314,4 milyon ABŞ dolları) birinci olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ASC başçılıq edib.
Rəylər (0):