Azərbaycanda son on ildə bərpa olunan enerjinin qoyuluş gücü necə dəyişib? ‒ İNFOQRAFİKA

image

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin "Bərpa Olunan Güc Statistikası 2021" hesabatına görə, Azərbaycanda 2020-ci ilin sonunda bərpa olunan enerji mənbələrinin qoyuluş gücü 2019-cu illə müqayisədə 5 meqavat artaraq 1 296 meqavata çatıb. Artım ötən il Naxçıvan MR-da günəş elektrik stansiyasının istifadəyə verilməsi nəticəsində əldə olunub.

Mənbələr üzrə qoyuluş gücünə nəzər yetirsək, hidroenerji 1 145 meqavatla böyük paya sahibdir. Digər mənbələrdən külək enerjisinin qoyuluş gücü 66 meqavat; günəş enerjisi 40 meqavat; bioenerji isə 45 meqavat olub.

Son on ildə ölkədə bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücünü və mənbələr üzrə qoyuluş gücünü infoqrafikalarla təqdim edirik.

Renewables.az Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *