Azərbaycanda yaşıl enerji istehsalı 80 faizdən çox artıb

image

2024-cü ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumatlara əsasən respublikada elektrik enerjisinin istehsalı 25 mlrd. 932,5 mln. kVt-saat olub.

Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, 11 ay ərzində elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 22 mlrd. 351,9 mln. kVt-saat, su elektrik stansiyalarında (SES) 2 mlrd. 780,9 mln. kVt-saat, digər mənbələr üzrə isə 799,7 mln. kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında (KES) 48,6 mln. kVt-saat, günəş elektrik stansiyalarında (GES) 540,1 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 211,0 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Yanvar-noyabr ayları ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 mlrd. 617,8 mln. kVt-saat, yəni 80 %-dən çox artaraq 3 mlrd. 580,6 mln. kVt-saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 22 mlrd. 908,1 mln. kVt-saat (İES-lərdə 20 mlrd. 314,7 mln. kVt-saat, SES-lərdə 2 mlrd. 593,4 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 454,7 mln. kVt-saat (İES-lərdə 227,7 mln. kVt-saat, SES-lərdə 169,5 mln. kVt-saat, GES-də 57,5 mln. kVt-saat), “Azərişıq” ASC üzrə KES-lərdə 36,8 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 2 mlrd. 532,9 mln. kVt-saat təşkil edib.

Bu müddətdə elektrik enerjisinin ixracı 1 mlrd. 255,3 mln. kVt-saat, idxalı isə 159,8 mln. kVt-saat olub.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 mlrd. 089,7 mln. kVt-saat olub. Bu dövrdə elektrik enerjisinin ixracı 7,9 mln. kVt-saat, idxalı isə 9,1 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *