Bu ilin yanvar-noyabr aylarında ölkənin günəş elektrik stansiyalarının elektrik enerjisi istehsalı 540,1 mln. kVt-saat təşkil edib.
Renewables.az Energetika Nazirliyinin yaydığı elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 470,4 mln. kVt-saat və ya 7,7 dəfə çoxdur.
Qeyd edək ki, hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 57,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):