Azərbaycanla Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var - Rumen Radev

image

"Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir".

Renewables.az-ın məlumatına görə, bunu Bolqarıstan Prezidenti Rumen Radev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

"Strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir. Ölkələrimiz arasında digər sahələrdə də uğurlu əlaqələr mövcuddur. Azərbaycan və Bolqarıstan Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı strateji baxışını icra etdi", - Bolqarıstan Prezidenti deyib.

O, həmçinin ölkələrimiz arasında yaşıl enerji sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *