2040-cı ilə qədər Bakının yaşıl enerji sektorunda 2 min 295 əlavə iş yerinin yaradılması planlaşdırılır ki, bununla da həmin il cəmi məşğulluqda sektorun payı 0,39 % olacaq.
Renewables.az-ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb.
2019-cu ildə paytaxtın yaşıl enerji sektorunda məşğul əhali 4 min 450 nəfər olub ki, bununla da sektorun cari məşğulluqda payı 0,33 % təşkil edib.
Rəylər (0):