"Berpaolunanenerji.az" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib ki, gələcəkdə dayanacaqların günəş enerjisi ilə işıqlandırılması da nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə bio-smart tipli dayanacaq İsmayıllı rayonunda quraşdırılıb. Bakıda isə ilk belə dayanacaq keçən ay Heydər Əliyev Mərkəzinin yaxınlığında istifadəyə verilib. Tamamilə yerli istehsal olan bio-smart avtobus dayanacaq pavilyonu günəş enerjisi ilə çalışır. Belə ki, dayanacağın üst hissəsində quraşdırılan panellər vasitəsilə enerji təmin edilir.
Rəylər (0):