Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun təşəbbüsü ilə bərpa olunan enerji mənbələri üzrə bilik və təcrübə mübadiləsi məqsədilə onlayn seminar keçirilib.
Renewables.az-a bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən bildirilib.
Seminarda Səudiyyə Ərəbistanında yaşıl enerji layihələrinin inkişafı prosesi haqqında məlumat verilib, külək və günəş elektrik stansiyalarının şəbəkəyə inteqrasiyası, kadr potensialının inkişaf etdirilməsi və s. kimi mövzular müzakirə olunub.
Seminarda Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və "Azərenerji" ASC-nin əməkdaşları iştirak edib.
Rəylər (0):